23 fevral 2025 09:05
90

Ağ ev: Vaşinqton bütün diqqətini Ukraynada nizamlanma üzrə danışıqlara cəmləyib

Vaşinqton bütün diqqətini Ukraynada nizamlanma üzrə danışıqlara cəmləyib. ABŞ Prezidenti Donald Tramp münaqişənin bu həftə bitəcəyinə əmindir.

“İki sahil” xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karolin Levitt deyib.

O, həmçinin əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Trampın mümkün şəxsi görüşü ilə bağlı hələlik heç bir açıqlama yoxdur.

"Hazırda Tramp və komandası münaqişəni sona çatdırmaq üçün bu müharibənin hər iki tərəfi ilə danışıqları davam etdirməyə çox diqqət yetirir", - deyə Ağ evin sözçüsü bildirib.