23 fevral 2025 09:45
97

ABŞ-də xəstəxanada atışma olub, ölən var

ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxs xəstəxanada atəş açıb, bir nəfər ölüb, beş nəfər yaralanıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hücumun səbəbi hələlik məlum deyil.