“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 60-cı qolunu vurub.
“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda buna XXIV turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.
Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/2004, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.
Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/1996-cı il mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.