24 fevral 2025 18:30
98

"Bavariya"da itki

"Bavariya"nın müdafiəçisi Coşua Kimmix zədələnib.

“İki sahil” xəbər verir ki, o, Bundesliqanın 23-cü turunda "Ayntraxt"la matçda sıradan çıxıb. 30 yaşlı futbolçu oyuna davam edə bilməyib və Leon Qoretzka ilə əvəzlənib. 

Kimmixin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Coşua cari mövsüm bütün yarışlarda 36 matça çıxıb, 1 qol vurub və 10 qolun ötürməsini verib.