24 fevral 2025 14:00
129

“Qalatasaray” – “Fənərbağça” matçının VAR hakimləri bəlli olub

Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun VAR hakimləri müəyyənləşib.

“İki sahil” Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, İstanbul derbisinin VAR hakimi Alen Boroşak, onun köməkçisi isə Onur Özütoprak olacaq.

Prinsipial qarşılaşmada ədaləti sloveniyalı FIFA referisi Slavko Vinçiç qoruyacaq. Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" hazırda 63 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 57 xalla 2-ci pillədə qərarlaşıb.