24 fevral 2025 17:15
101

Salah bunu bacaran ilk futbolçudur

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" ilə matçda (2:0) qol vurub və qol ötürməsi edib.

“İki sahil” xəbər verir ki, cinah oyunçusu bununla da cari mövsümdə məhsuldar hərəkətlərinin sayını 41-ə çatdırıb. O, 25 qol və 16 qol ötürməsi ilə yadda qalıb.

32 yaşlı forvard ötən mövsüm də 40+ məhsuldar hərəkət etməyi bacarmışdı. O, bununla da Premyer Liqa rekordu qırıb.

Salah ardıcıl 2 mövsüm 40 və daha çox məhsuldar hərəkət etməyi bacaran ilk futbolçudur.

Xatırladaq ki, misirli oyunçu 2017-ci ildən "Liverpul"un formasını geyinir.