26 fevral 2025 11:51
102

Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub

Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.

Şahmat Federasiyasından "İki sahil"ə bildiriblər ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.

Son turdakı qələbədən sonra Eltac xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.