28 fevral 2025 08:06
103

Böyük Britaniyada sığınacaq axtaranların sayı rekord həddə çatıb

Böyük Britaniyada sığınacaq axtaran insanların sayı ötən il rekord həddə çatıb.

“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, 2024-cü ildə ölkədə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 108 min 138 nəfər olub. Bu, 2001-ci ildən bəri aparılan qeydlər üzrə ən yüksək göstəricidir. Bundan əvvəlki rekord 2002-ci ilin dekabr ayına qədər olan 12 aylıq dövrdə qeydə alınan 103 min 81 nəfər olub.

2024-cü ildə 37 min nəfər kiçik qayıqlarla Britaniyaya gəlib ki, bu da 2024-cü ildə sığınacaq üçün müraciət edənlərin 32 faizini təşkil edib.