Amerikalı iş adamı İlon Mask milyarder Corc Sorosun ABŞ prezidenti Donald Trampın siyasətlərinin həyata keçirilməsinə mane olmağa çalışdığını bəyan edib.
“İki sahil” xəbər verir ki, Mask bu barədə sosial şəbəkə hesabında yazıb.
Keçmiş Viskonsin qubernatoru Scott Walker, Sorosun ştatlarda büdcə səsverməsinə təsirindən danışdığı bir yazı dərc etdi. Onun sözlərinə görə, Soros Respublikaçıları Nümayəndələr Palatasında iki mandatdan məhrum etmək və Trampın gündəmini əngəlləmək üçün ştatın konqres dairələrini yenidən tərtib etməyə çalışır.
"Məhz bu onun məqsədidir" - deyə Mask cavab yazıb.
Mask daha əvvəl Sorosa medal verilməsini ələ salıb.