28 fevral 2025 11:06
94

Çin ABŞ-ın mallara əlavə gömrük tarifləri tətbiq etmək planlarına cavab verəcək

Pekin öz qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi Vaşinqtonun mart ayında Çin mallarına əlavə tariflər tətbiq etmək planları fonunda bildirib.

“Əgər ABŞ israr edərsə, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək”- bəyanatda vurğulanıb.

Agentlik, həmçinin qeyd edib ki, birtərəfli tariflər Ümumdünya Ticarət Təşkilatının qaydalarını və çoxtərəfli ticarət sistemini pozur. Bundan əlavə, bəyanatda bildirilib ki, tariflər ABŞ şirkətləri və istehlakçıları üzərindəki yükü artıracaq və qlobal təchizat zəncirinin sabitliyini pozacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp martın 4-dən Çindən gətirilən mallara əlavə 10 % tarif tətbiq etməyi planlaşdırdığını açıqlamışdı.