28 fevral 2025 11:11
104

Ursula fon der Lyayen: Hindistan-Yaxın Şərq-Avropa dəhlizini həyata keçirmək üçün tarixi fürsət yaranıb

Hindistan-Yaxın Şərq-Avropa dəhlizini həyata keçirmək üçün tarixi fürsət yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X"də yazıb.

"Hindistan-Yaxın Şərq-Avropa dəhlizini həyata keçirmək üçün tarixi imkanımız var. Bu bizi heç vaxt olmadığı qədər birləşdirəcək", - o əlavə edib.

AK sədri qarşılıqlı investisiya qoymağın əsas iqtisadi və milli maraqlar olduğunu vurğulayıb: "Gəlin bunu reallaşdıraq".