28 fevral 2025 14:11
136

İstanbulda keçirilən danışıqların nəticələrini GÖZLƏMƏK LAZIMDIR - PESKOV

Rusiya Federasiyası ilə ABŞ arasında İstanbulda aparılan danışıqların nəticələri diplomatik qurumlar vasitəsilə açıqlanacaq.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bu barədə brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Dmitri Peskov deyib: “Nümayəndə heyətləri bizim diplomatik departamentlərimiz səviyyəsində idi, ona görə də oradan məlumat gözləmək lazımdır”.

Qeyd edək ki, fevralın 27-də İstanbulda Rusiya Federasiyası və ABŞ diplomatik nümayəndə heyətləri arasında danışıqlar olub. Tərəflər son illər hər iki tərəfdən bir çox problem və maneələrlə üzləşən diplomatik nümayəndəliklərin fəaliyyətini müzakirə ediblər.