01 mart 2025 00:34
102

Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var - Kaya Kallas

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin qalmaqallı görüşündən sonra “azad dünyanın yeni liderə ehtiyacı olduğunu” bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı sosial şəbəkədə yazıb.

“Avropa İttifaqı Ukraynaya mübarizəni davam etdirə bilməsi üçün dəstəyi artıracaq. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var. Bu problemi həll etmək bizdən, avropalılardan asılıdır”, – Kallas qeyd edib.