28 fevral 2025 21:30
112

Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb - Ərdoğan

Türkiyə terrorla mübarizədə yeni mərhələyə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal7"nin yaradılmasınn 30-cu ildönümündə çıxışı zamanı deyib. 

O bildirib ki, yeni mərhələ fevralın 27-dən etibarən başlayıb.

Ərdoğan Türkiyənin terrorçuluğa qarşı mübarizədə qətiyyətli olduğunu, amma bəzilərinin rəsmi Ankaranın bu hədəfinin reallaşmasına mane olduğunu söyləyib. 

Dövlət başçısı qeyd edib ki, Türkiyə imperialist güclərin planlarına qarşı mübarizə aparır. 

Qeyd edək ki, PKK terorr təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də təşkilat üzvlərini tərk-silaha çağırıb.