01 mart 2025 10:50
99

Krasnoyarsk administrasiyası rəhbərinin müşaviri həbs edilib

Krasnoyarsk (Rusiya) məhkəməsi Krasnoyarsk administrasiyası rəhbərinin müşaviri Artur Arutyunyanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi üzrə aprelin ortalarına qədər həbs edib.

İki sahil” xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi məlumat verib.

"Bu gün məhkəmə istintaqın tələbi ilə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadəni təşkil etməkdə və ona rəhbərlik etməkdə şübhəli bilinən Krasnoyarsk şəhər administrasiyası rəhbərinin müşaviri barəsində 2025-ci il aprelin 12-dək 1 ay 16 gün müddətinə həbs qətimkan tədbiri seçib", - İstintaq Komitəsinin məlumatında deyilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”