01 mart 2025 11:26
100

Cənubi Koreya Tailandın uyğurları Çinə deportasiya etməsindən təəssüflənir

Cənubi Koreya Xarici İşlər Nazirliyi şənbə günü Tailandın onlarla uyğuru Çinə deportasiya etməsindən təəssüfləndiyini bildirib.

İki sahil”in “Yonhap”a istinadən verdiyi məlumatına görə, Tailand və Çin rəsmiləri cümə axşamı bildiriblər ki, Taylandda on ildən artıqdır saxlanılan 40 uyğur Çinə deportasiya edilib.

“Hökumətimiz beynəlxalq hüquqa uyğun olaraq geri qaytarmamaq prinsipinə əməl edilməli olduğu mövqeyini saxlayıb. Ümid edirik ki, bu məsələ beynəlxalq birliyin insan hüquqları kimi ümumbəşəri dəyərlərinə uyğun şəkildə həll olunacaq”, nazirlik bildirib.

ABŞ və digər Qərb ölkələri Çini ölkədəki uyğurları təqib etməkdə günahlandıraraq, onların məcburi geri qaytarılmasına etirazlarını bildiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”