Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Reyunyon adasının sakinləri ilə həmrəy olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, BTQ dünəndən adanı cənginə alan güclü “Qarans” siklonu ilə bağlı həmrəylik mesajı yayıb.
“Qarans” siklonu Reyunyon adasında ciddi dağıntılara səbəb olub, evləri və infrastrukturu dağıdıb, minlərlə insan işıqsız və təmiz susuz qalıb, küçələri su basıb. Ada sakinləri çətin vəziyyətdədir. Artıq 3 nəfər ölüb. Bu çətin anlarda düşüncələrimiz ilk növbədə xəsarət alanlar və onların yaxınları ilə bağlıdır. Hər kəsə cəsarət arzulayırıq”, - məlumatda deyilir.
Xatırladaq ki, Reyunyon adasının hakimiyyət orqanları “Qarans” siklonu ilə əlaqədar dünən qırmızı xəbərdarlıq edib. Mövcud vəziyyətlə əlaqədar hüquq-mühafizə və xilasetmə xidmətləri istisna olmaqla, əhali təcrid olunmuş vəziyyətdədir.