01 mart 2025 22:38
145

Çexiyanın Baş naziri: Avropa böyük və tarixi sınaq qarşısındadır

“Avropa böyük və tarixi sınaq qarşısındadır”.

“İki sahil” xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala “X”də yazıb.

O bildirib ki, Avropa təhlükəsizliyinin qayğısına qalmaqlıdır: “Bunu bizdən başqa heç kim etməz. Rusiyanın evlərimizdən cəmi bir neçə yüz kilometr aralıda genişlənməyə davam etməsini istəmiriksə, Ukraynaya hərbi dəstəyi artırmalıyıq. Davamlı və uzunmüddətli sülh istəyiriksə, yaxşı silahlanmalıyıq. Müdafiə xərclərini Ümum Daxili Məhsulun azı 3 %-nə çatdırmadan bu mümkün olmayacaq. Əksini deyən hər kəs Çexiyanın milli təhlükəsizliyini təhdid edir”.

Baş nazir bildirib ki, Avropa səylərini birləşdirməsə, şərtləri diktə etməsə, sonu yaxşı olmayacaq.