06 mart 2025 09:16
109

Makron: Avropanın gələcəyi Vaşinqton və Moskva tərəfindən həll oluna bilməz

Ukraynada sülh tezliklə əldə edilib-edilməməsindən asılı olmayaraq, Avropa dövlətləri özlərini daha yaxşı müdafiə edə bilməlidirlər.

İki sahil”in “Magyar Nemzet”a istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Rusiyanın Rusiya-Ukrayna müharibəsini qlobal münaqişəyə çevirdiyini bildirən Makronun sözlərinə görə, Avropanın müdafiəsi və qitənin müstəqilliyi gücləndirilməlidir.

Fransa prezidenti vurğuladı ki, Avropanın gələcəyi Vaşinqton və Moskva tərəfindən həll oluna bilməz. O, gələn həftə daha bir toplantı çağıracağını və davamlı sülhdə iştirak etmək istəyən ölkələrin dövlət başçılarını gözlədiyini söyləyib: "Beynəlxalq vəziyyətə görə bu axşam sizə müraciət edirəm. Baş verən tarixi hadisələr sizi haqlı olaraq narahat edir. Amerika Birləşmiş Ştatları Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişib. Eyni Amerika Birləşmiş Ştatları Avropaya tariflər tətbiq etmək istəyir. Nəhayət, terror təhlükəsi geri qayıtdı. Biz yeni dövrə qədəm qoyuruq”.

“Biz Rusiyaya sanksiya verməklə düzgün iş görmüşük”, – deyən Makron əlavə edib: “2030-cu ilə qədər Rusiya ordusunu daha 3000 tank və 300 döyüş təyyarəsi ilə artırmağı planlaşdırır. Rusiyanın Ukraynada dayanacağına kim inanar? Təhlükələrlə dolu bu dünyanın qarşısında seyrçi qalmaq dəlilik olardı. Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrilib, biz bununla üzləşməliyik. Sülhə gedən yol isə Ukraynasız gedə bilməz. Ukraynanın kapitulyasiyası ilə sülh əldə edilə bilməz. Unutmaq olmaz ki, Rusiya 2014-cü ildə Ukraynaya təcavüzə başlayıb”.

Fransa prezidenti, Avropanın müharibə başlayandan bəri Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə sevindiyini bildirib.

Makron deyir ki, Ukraynanı dəstəkləmək düzgün qərardır: “İlk gündən biz Ukraynanı dəstəkləmək və Rusiyaya sanksiya tətbiq etmək qərarına gəldik. Və biz doğru şeyi etdik. Rusiya təhlükəsi Ukraynadan kənarda da mövcuddur. Rusiya Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirdi”.

O, Şimali Koreya əsgərlərini və İran texnikasını qitəmizə səfərbər edib, eyni zamanda bu ölkələrə silahlanmağa kömək edib. Prezident Putinin Rusiyası sərhədlərimizi pozur, Rumıniya və Moldovada seçkiləri manipulyasiya edir və xəstəxanalarımıza rəqəmsal hücumlar təşkil edir: “Ukraynada sülhün tezliklə əldə olunmasından asılı olmayaraq, Avropa dövlətləri özlərini daha yaxşı müdafiə edə bilməlidirlər. Biz müdafiəmizi gücləndirməliyik. Beləliklə, biz NATO-nun bir hissəsi olaraq qalırıq, lakin müstəqilliyimizi gücləndirməliyik. Avropanın gələcəyini Vaşinqton və Moskva həll edə bilməz”.

Avropa ölkələrinin kəsirlərini artırmadan müdafiələrini gücləndirə biləcəklərinə inanan Fransa prezidenti vurğulayıb ki, yaxın günlərdə müdafiə sektorunun nümayəndələrini, eləcə də Ukraynada gələcək sülhə zəmanət verməyə hazır olan ölkələrin baş qərargah rəislərini çağıracaq.

Fransa prezidenti Almaniya, Polşa və Danimarka arasında əməkdaşlığı yüksək qiymətləndirdikdən sonra “Fransanın xüsusi statusa malik olmasından” danışıb: “Biz Avropanın ən təsirli ordusuna sahibik və İkinci Dünya Müharibəsindən sonra ağsaqqallarımızın verdiyi qərarlar sayəsində nüvədən çəkindirici gücümüz var. Bu bizi qonşularımızdan daha yaxşı qoruyur”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”