Ekibastuzda (Qazaxıstan) vaqonqayırma şirkətinin işçilərini daşıyan avtobus yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə KazTAG məlumat yayıb.
“2025-ci il martın 6-da saat 07:53-də Ekibastuzda vaqonqayırma şirkətinin ərazisində avtobusun yanması barədə məlumat daxil olub”, - Pavlodar vilayəti Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
Yanğının səbəbi müəyyənləşdirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”