Ukraynanın baş naziri Denis Şmiqal bildirib ki, rəsmi Kiyev G7 təşəbbüsünün bir hissəsi olaraq, dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlirlərlə bağlı Avropa İttifaqından daha 1 milyard avro alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Telegram kanalında yazıb.
"Aİ təşəbbüsün bir hissəsi olaraq Ukraynaya 1 milyard avro köçürüb" - deyə, Şmiqal qeyd edib.
Onun sözlərinə görə, bu, artıq Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən üçüncü tranşdır. Ukrayna baş nazirinin sözlərinə görə, vəsait dövlət büdcəsinin prioritet xərclərinə yönəldiləcək.
Ümumilikdə Aİ bu proqram çərçivəsində Kiyevə 5 milyard avro ayırıb.