11 aprel 2025 18:26
165

Suriyada ortaq məxrəc tapılmadı?

Suriyanın şimal-şərqini nəzarətdə saxlayan PKK-PYD terror qruplaşması 2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra ilk dəfə olaraq ölkənin federallaşmasına çağırış edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.  

Bildirilir ki, qərar qruplaşmanın komandirləri ilə Suriya keçid hökuməti arasında martın 11-də əldə olunmuş razılaşmalara ziddir.

Razılaşma həmin qüvvələrin respublikanın hərbi-siyasi sisteminə inteqrasiyasını nəzərdə tuturdu. Belə örünür ki, PKK-PYD terror qruplaşması Suriyada hələ də davam edən etnik və dini toqquşmalar səbəbindən öz mövqeyinə yenidən baxmaq məcburiyyətində qalıb.

Bu açıqlamanı "Reuters" agentliyinə qruplaşmanın nümayəndəsi Badran Jia Kurd verib. Onun sözlərinə görə, etnik və dini azlıqların sıx məskunlaşdığı Suriyanın hər bir bölgəsinin inzibati, siyasi və mədəni xüsusiyyətlərini qorumaq üçün federallaşma lazımdır. Bütün müvafiq prinsiplər konstitusiya səviyyəsində təsbit edilməlidir.