16 iyul 2025 11:26
117

Ermənistan Prezidenti ətraf mühit nazirini vəzifəsindən azad edib

Ermənistan Prezidenti Vaqan Xaçaturyanın fərmanı ilə Akob Simidyan ətraf mühit naziri vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onun yerinə Ambartsum Matevosyan təyin edilib.

Qeyd olunub ki, bu təkliflə Baş nazir Nikol Paşinyan çıxış edib.