16 iyul 2025 12:05
112

Trampın Rusiya ilə bağlı mövqeyinin dəyişməsi...

ABŞ lideri Donald Trampın Rusiya ilə bağlı mövqeyinin dəyişməsi Avropa ölkələri rəhbərliyinin aylarla davam edən kampaniyasının nəticəsi olub.

“İki sahil” xəbər verir ki,  bu barədə The Wall Street Journal məlumat yayıb.

Xüsusilə bu prosesdə Almaniya kansleri Fridrix Merz rolu qeyd olunur.

Keçmiş alman məmuru Niko Lange deyir: "Merz düzgün yanaşma tapdı və indi Trampla mobil telefonla danışa, çek kitabçası diplomatiyası ilə məşğul ola bilər".