12 aprel 2025 16:04
112

Gürcüstan “3+3” formatına qoşulmağı düşünmür

Gürcüstan Cənubi Qafqaz üzrə “3+3” platformasına qoşulmağı planlaşdırmır.

İki sahil” xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində keçirilən müzakirələr zamanı Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

"Gürcüstan bu formatın ("3+3" – red.) bir hissəsi deyil. Biz Rusiyadan başqa bütün qonşularımızla əməkdaşlıq edirik və bunun üçün Tbilisinin səbəbi var ki, biz bu formatın bir hissəsi ola bilmirik", - Boçorişvili bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”