12 aprel 2025 17:00
112

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3689-a çatıb

Myanmada martın 28-də baş vermiş 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 3689 nəfərə çatıb.

İki sahil”in “Sinxua”ya istinadən verdiyi məlumata görə, Myanmada hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası (SAC) məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada iki zəlzələdə həyatını itirənlərin sayının 3 min 689, yaralananların sayının isə 5 min 20-yə yüksəldiyi bildirilib.

Xilasetmə qrupları itkin düşmüş 140 nəfərin axtarışını davam etdirir.

Xatırladaq ki, martın 28-də Myanmanın mərkəzindəki Saqainq bölgəsi yaxınlığında 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Qonşu Tayland və Çində də güclü hiss edilən zəlzələlər ölkədə böyük dağıntılara səbəb olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”