Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz” “Sabah”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 14-cü dəqiqəsində Anatoli Nuriyev hesabı açıb. 45+1-ci dəqiqədə isə Pavol Şafranko qırmızı vərəqə alaraq “Sabah”ı azlıqda qoyub.
56-cı dəqiqədə Ayxan Hüseynovun hesabı bərabərləşdirdiyi yarışın 57-ci dəqiqəsində Joarlem Santos “Turan Tovuz”a qələbə qazandıran qolun müəllifi olub.
Misli Premyer Liqası,
30-cu tur
12 aprel
17:00. “Turan Tovuz” 2–1 “Sabah”
Qollar: Anatoli Nuriyev, 14 (0-1), Ayxan Hüseynov, 56 (1-1), Joarlem Santos, 57 (2-1)
Qırmızı vərəqə: Pavol Şafranko, 45+1 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”