13 aprel 2025 02:52
122

"Real Madrid" 3 futbolçusunu göndərməyə qərar verdi -  ADLAR

"Real Madrid" bu mövsüm üzləşdiyi uğursuz nəticələrə görə heyətini yeniləməyi düşünür.

"Kral klubu" yayda 3 yaşlı futbolçuya qapını göstərcək.

AS nəşrinin məlumatına görə, Lukas Vaskes, David Alaba və Luka Modriç Madrid klubunu tərk edəcək. 

"Real Madrid" müdafiənin sağ cinahını "Liverpul"dan Trent Alexander-Arnoldla gücləndirməyi planlaşdırır, ona görə də Lukasın müqaviləsi uzadılmayacaq.

"Bornmut"un Dekan Heysen Alabanın, "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi isə Modriçin potensial əvəzləyicisi kimi göstərilib.

"Real Madrid" 30 turdan sonra 63 xalla La Liqanın turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi lider "Barselona"dan 4 xal geri qalır.

Fanat.Az