Bakıda itkin düşən məktəbli tapılıb.
DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan azyaşlı polis əməkdaşları tərəfindən "Playstation" oyun salonunda tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edilir ki, onun itkin düşməsində kriminal tərkib yoxdur.
***
Bakıda 10 yaşlı uşaq itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 2015-ci il təvəllüdlü Əlizadə Ayxan Zəfər oğlu bu gün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, onu son dəfə Sarayevo küçəsi yaxınlığında görüblər.
A.Əlizadəni görənlərdən və ya onun barədə məlumatı olanlardan 077 733 05 05 nömrəli telefona zəng etmələri xahiş olunur.