13 aprel 2025 15:15
122

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq

Dövlət İmtahan Mərkəzi aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən “İki sahil”ə bildirilib ki, imtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanın nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.