Sevindirici haldır ki, iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu.
“İki sahil” xəbər verir ki, bunu Qəbələ-Xankəndi ultramarafonunun ardından jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:
"Qarabağda yenidənqurma işləri son sürəti ilə davam etməkdədir. Biz də öz növbəmizdə artıq bir neçə dəfə işğaldan azad olunmuş torpaqlarda yarışlar keçirmişik. Ötən il ultramarafon Xankədidə start götürmüşdüsə, bu il Xankəndidə yekunlaşdı. Sevindirici haldır ki, iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu. Hətta, bu il qadın iştirakçıların sayı da ötənilkinə nisbətən çoxluq təşkil edirdi. Bundan başqa, yarışda iştirak edən əcnəbi idmançıların da çoxluğu təqdirəlayiq hal idi. Bu hal bir daha sübut edir ki, doğru yoldayıq. Yarışın maraqlı keçməsinə görə Azərbaycan Atletika Federasiyasına və Bakı Şəhər Halqasına öz təşəkkürümü bildirirəm".