13 aprel 2025 20:02
131

İran ABŞ ilə birbaşa danışıqların mümkünlüyü barədə məlumatı təkzib edib

Tehran Vaşinqtonla dialoqu davam etdirməyə hazır olsa da, bunu yalnız vasitəçilərlə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bağai İran televiziyasında çıxışı zamanı bildirib.

“Bu şayiələr əsassızdır. Onlar tamamilə əsassızdır”, – o bildirib.

Eyni zamanda, İ.Bağainin sözlərinə görə, növbəti şənbə günü İran və ABŞ arasında baş tutacaq ikinci birbaşa olmayan danışıqlar raundunun Omanda keçirilməyəcəyi mümkündür, lakin Məsqət vasitəçi rolunu oynamağa sürdürəcək.

Xatırladaq ki, İran və ABŞ arasında ilk danışıqlar raundu Oman XİN başçısı Bədr əl-Busaidinin vasitəçiliyi ilə Omanın paytaxtı Məsqətdə keçirilib.

Daha əvvəl bu həftə “The New York Times” qəzetində İran və ABŞ arasında danışıqların birbaşa davam etdirilməsi ehtimalı barədə məlumat dərc olunmuşdu.