Türkiyədə 4,7 maqnitudalı zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların Samsun şəhərindən 50 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.