Əfqanıstanın şimalında 5,6 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar təxminən 108 min nəfər əhalisi olan Baqlan şəhərindən 167 km şərqdə qeydə alınıb, ocağı isə 121 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.