25 aprel 2025 12:25
101

Türkiyənin 49 vilayətində İŞİD-lə əlaqədə şübhəli bilinən 210 nəfər saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatı əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti irimiqyaslı əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya son iki həftədir davam edən əməliyyatın təfərrüatı barədə ictimaiyyətə məlumat verib.

Nazirin sözlərinə görə, Ankara, Antalya, Erzurum, İstanbul, İzmir və Trabzon da daxil olmaqla ölkənin 49 vilayətində cinayətkar təşkilatla əlaqəsi olan 210 şübhəli saxlanılıb.

Polis və jandarm qüvvələrinin hərəkətləri prokurorluq və xüsusi xidmət orqanları ilə sıx əlaqələndirilib.

A.Yerlikaya terrorçulara qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.