25 aprel 2025 15:18
107

Tramp Ukraynanı Rusiya ilə münaqişəyə başlamaqda ittiham edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynada münaqişə Kiyevin NATO-ya üzv olmaq istəyi ilə başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb.

“Əgər bu məsələ qaldırılmasaydı, münaqişənin ümumiyyətlə başlamaması şansı daha çox olardı”- deyə, Tramp “Time” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, Ukrayna heç vaxt Şimali Atlantika Alyansına daxil ola bilməyəcək.

Dövlət başçısı qeyd edib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar uğurla gedir və tərəflər sazişin bağlanmasına yaxınlaşır.