25 aprel 2025 14:23
110

Moskva vilayətində maşın partlayıb, general-leytenant ölüb

Moskva vilayətinin Balaşixa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik ölüb.

“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

"Moskva ətrafındakı Balaşixa şəhərində maşın partlayışı zamanı həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olub", - məlumatda bildirilib.

İstintaq Komitəsi "Volkswagen" markalı avtomobildə partlayışın partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini təsdiqləyib.

Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.