28 aprel 2025 13:02
71

Dövlət Departamenti KXDR-in Ukrayna münaqişəsində iştirakından narahatlığını ifadə edib

ABŞ Dövlət Departamenti KXDR əsgərlərinin Kursk vilayətinin azad edilməsində iştirakını şərh edərək, Pxenyanın Ukraynada hərbi əməliyyatların “uzadılmasında” iştirakından narahatlığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” qəzeti ABŞ Dövlət Departamentinə istinadla məlumat yayıb.

Məqalədə deyilir: “Biz KXDR-in birbaşa iştirakından narahatıq... KXDR hərbi hissələrinin Rusiyada yerləşdirilməsi dayandırılmalıdır”.

Departament bunun üçün məsuliyyəti “münaqişəni uzadan” üçüncü ölkələrin daşıdığını vurğulayıb.