28 aprel 2025 13:17
81

Türkiyədən Suriyaya qayıdanların sayı 200 minə çatıb - Ərdoğan

Ötən ilin 9 dekabrından bu yana Türkiyədən Suriyaya qayıdanların sayı 200 minə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Miqrasiya İdarəetmə Proqramının təqdimatındakı çıxışı zamanı deyib.

Ərdoğan Suriyada münaqişə dövrünün 2024-cü il dekabrın 8-də başa çatdığını bildirib:

"Suriyada artıq yeni hökumət hakimiyyətə gəlib və ölkəni ayağa qaldırmağa çalışır. Suriya yavaş-yavaş bərpa olunur".