Konqo BRİKS-də iştirakda maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Konqo Prezidenti Denis Sassu Nqesso "Afrika Təşəbbüsü" agentliyinə müsahibəsində bildirib.
“Bizim fikrimizcə, BRİKS layihələri Afrika üçün, xüsusən də ölkəmiz üçün maraqlıdır. Konqo BRICS-də yerini tutmağa hazır olacaq”, deyə, o, qeyd edib.
Konqo Prezidenti əlavə edib ki, o, BRİKS-in bir sıra toplantılarında iştirak edib: "Biz gördük ki, BRİKS başqa ölkələrə qapılarını açır və genişlənməyə hazırdır. Düşünürəm ki, bu, mühüm addımdır".