28 aprel 2025 14:38
138

Çin iqtisadi artım hədəfinə nail olacaq

Çin hətta ABŞ-la "ticarət müharibəsi" şəraitində belə, 2025-ci ilin sonuna qədər ÜDM-in 5% artım hədəfinə nail ola biləcək.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının sədr müavini Zhao Chenxing bildirib.

"Birinci rübün nailiyyətləri il ərzində iqtisadi inkişaf üçün möhkəm zəmin yaradıb. Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, biz inkişaf məqsədlərimizə sadiq qalacaq, strateji diqqəti saxlayacağıq”- deyə, o, qeyd edib.