Rusiya tərəfi Ukrayna böhranının səbəblərini aradan qaldırmağa yönəlmiş ilkin şərt olmadan sülh danışıqlarına başlamağa hazır olduğunu bir daha bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
“Rusiya tərəfi bir daha Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa yönəlmiş ilkin şərt olmadan sülh danışıqlarına və beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazır olduğunu bəyan edir”, - deyə, məlumatda qeyd edilir.