16 may 2025 11:27
95

Həmin ərazidə yeni ticarət mərkəzinin tikintisinə icazə verilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Baknın Nizami rayonunda, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisinı icazə verib. 

“İki sahil” bu barədə Komitəyə istinadla xəbər verir. 

Məlumata görə, qeyd olunan ünvanda ümumi sahəsi 3 200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisi nəzərdə tutulur.