19 may 2025 12:08
129

Dünya üzrə kriptovalyuta firmalarının sahibləri NİYƏ OĞURLANIR?

Son aylarda Fransada kriptovalyuta ilə bağlı ən azı beş adam oğurluğu baş verib və son bir il ərzində bütün dünyada onlarla belə hal qeydə alınıb. Kriptovalyuta cəmiyyətinin üzvləri həyatlarından qorxaraq sosial media profillərini şəxsi edir və ailə ünvanlarını ictimaiyyətin gözündən salmağa çalışırlar.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, son belə hadisə ötən həftə Parisdə baş verib. Qara maskalı üç şəxs Paymium kriptovalyuta birjasının rəhbərinin qızı və onun uşağını qaçırmağa cəhd edib. Əri və qonşuları onlara qaçmağa kömək etsə də, qadının əri yaralanıb.

Yanvar ayında Ledgerin həmtəsisçisi David Ballan Fransada qaçırılıb. Onu azad etmək üçün 10 milyon avro istənilib və onun barmağı kəsilib.  Ledger cinayətkarlara 3 milyon avro köçürüb, lakin kriptovalyuta dondurulduğu üçün demək olar ki, bütün məbləği qaytarıb. May ayında başqa bir maltalı kripto-sahibkarın atası iti ilə Parisdə gəzərkən qaçırılıb və barmağı kəsilib. İstintaq çərçivəsində yaşları 18-26 arasında olan bir neçə nəfər həbs edilib.

Ötən həftə Bloomberg kriptovalyuta birjası Binance-in hakerlər tərəfindən hücuma məruz qaldığını bildirdi. Agentliyin məlumatına görə, cinayətkarlar şəxsi məlumatları əldə etmək üçün kriptovalyuta işçilərinə rüşvət təklif ediblər. Rəqəmsal valyuta mübadiləsi platforması Kraken-in də hücuma məruz qaldığı iddia edilib.