Fransa prezidenti Emmanuel Makron Qərb liderləri ilə danışdıqdan sonra X sosial şəbəkəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin sülhə nail olmaq istəyini nümayiş etdirməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb
"Mən Donald Tramp, Keir Starmer, Friedrich Merts və Melloni ilə danışdım. Prezident Putin prezident Trampın ona təklif etdiyi, Ukrayna və Avropanın dəstəklədiyi 30 günlük atəşkəsi qəbul etməklə sülh istədiyini göstərməlidir", - Makron yazıb.
Bundan əvvəl ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinə zəng etmək niyyətində olduğunu bildirib.