Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov qeyd edib ki, Rusiya ilə ABŞ arasında davam edən siyasi və diplomatik dialoq ehtiyatlı nikbinliyə əsas verir.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya və Amerika Birləşmiş Ştatları arasında siyasi və diplomatik dialoq gedir və bu, ehtiyatlı nikbinliyə səbəb olur”, - deyə onun sözlərindən TASS sitat gətirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ABŞ-ın milli maraqlarına hörmət edir və eyni yanaşmanı Vaşinqtondan gözləyir.