19 may 2025 10:17
87

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib k, XİN İran vətəndaşlarının Böyük Britaniyada şübhəli və əsassız saxlanılması ilə bağlı müvəqqəti işlər vəkilinə etiraz edib.

Nazirlik həmçinin krallığın İslam Respublikasına qarşı əsassız ittihamlarına qarşı qəti etirazını bildirib.

Məlumata görə, mayın 17-də İranın dörd vətəndaşı Britaniyanın müxtəlif şəhərlərində saxlanılıb, bir müddət sonra isə sərbəst buraxılıblar .

Böyük Britaniya polisi bir sıra ünvanlarda axtarışları davam etdirdiyini açıqlayıb.