19 may 2025 14:01
104

Tramp senator Qrehemin layihəsini dəstəkləyəcək - Bloomberg

ABŞ prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qremin Rusiyaya qarşı təklif etdiyi sərt sanksiyaları təsdiq etməyi düşünür.

“İki sahil” xəbər verir ki,  bu barədə Bloomberg Avropa rəsmilərinə istinadla xəbər verir.

Mənbələr bildirirlər ki, Rusiya güzəştə getməyəcəyi təqdirdə Tramp qanun layihəsini dəstəkləyə bilər. Agentliyin məlumatına görə, Amerika lideri prezident Vladimir Putinlə qarşıdakı söhbətində təşəbbüsün qarşısını almayacağını açıq şəkildə bildirəcək.

Senator Rusiyanın enerji resurslarını alan ölkələrdən mallara 500% rüsum tətbiq etməyi, habelə Rusiya dövlət borcu ilə əməliyyatları qadağan etməyi təklif edib.

Vladimir Putin sanksiya təzyiqinin səmərəsiz olduğunu deyib və bu cür tədbirləri qlobal iqtisadiyyata zərbə adlandırıb.