19 may 2025 14:30
111

Efirdə çaşdı, Putini Ukrayna Prezidenti adlandırdı

“Edinye Novosti” Ukrayna telemarafonunun aparıcısı Olqa Butko təsadüfən Rusiya lideri Vladimir Putini Ukraynanın prezidenti adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Donald Tramp Ukrayna prezidenti Vladimir Putinlə danışacaq”, -deyə, aprıcı qeyd edib.

Qeyd olunur ki, Butko dərhal sözünü korrektə edib və Amerika liderinin Vladimir Zelenski ilə danışmaq niyyətində olduğunu bildirib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Tramp arasında telefon danışığının mayın 19-da Moskva vaxtı ilə saat 17:00-da baş tutacağını bildirmişdi.