30 may 2025 13:54
192

YAP Nizami rayon təşkilatı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçirib FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və könüllüləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçiriblər.

“İki sahil” xəbər verir ki, aksiya çərçivəsində Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Qayğı” reabilitasiya mərkəzi və Autizm Mərkəzi ziyarət edilib. Ziyarət zamanı mərkəzlərdə yaradılmış şəraitlə tanış olublar, uşaqlarla görüşüblər, onları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.

Həmçinin YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarlarını da ziyarət ediblər. Ziyarət zamanı doğum günü olan uşaqlar təbrik edilib, onlara hədiyyələr təqdim olunub.

Ziyarətçilər yaradılmış şəraitə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkürlərini bildiriblər.